Sürücüsüz avtomobil istehsalına start verildi

saytların hazırlanması

Evə çatdırılma

Sürücüsüz avtomobil istehsalına start verildi

Dünya

14 Dekabr 2020 13:39 1138


Çinin şərqindəki Şandun əyalətində yerləşən avtomobil istehsalı bazası rəsmi olaraq kommersiya məqsədli istifadə üçün nəzərdə tutulan, 5G texnologiyalarından istifadə edilməklə alternativ enerji mənbələri ilə işləyən sürücüsüz avtomobillərin buraxılışına başlayıb.

Yenisabah.az xəbər verir ki, ekoloji cəhətdən təmiz enerji mənbəyinə malik ilk “ağıllı” avtomobil dekabrın 12-də Şandun əyalətinin inzibati mərkəzi olan Tszinan şəhərinin Layu rayonundakı istehsal xəttində konveyerdən çıxıb.

Avtomobil logistika xidmətində istifadə olunacaq. pizza

“Allcheer Intelligent Automobile” şirkətinin maliyyəsi ilə “China Construction Electric Power Construction Co., Ltd” tərəfindən inşa edilən ilk istehsal xətti ildə 100 min “ağıllı” avtomobil istehsal edəcək. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!