Şuşa ilə bağlı mühüm məlumat -   Elektron xəritə hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Şuşa ilə bağlı mühüm məlumat - Elektron xəritə hazırlandı

Rəsmi

15 Fevral 2022 19:27 828


“Azəriqaz” İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

“Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri hazırlanıb, inventarizasiya aparılıb. Hazırlanmış xəritələr və texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim edilib”, - deyə hesabatda deyilir. Dominos pizza

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!