Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsindən sonra daha bir neçə şəxsin tutulması gözlənilir.
Yenisabah.az “İravunk”a istinadla xəbər verir ki, o, "Şuşanın təslim edilməsi işi" üzrə istintaq altındadır.
Erməni nəşrinin iddiasına görə, bu iş üzrə şübhəlilərin siyahısı artacaq: Dominos pizza
“Bu işdə keçmiş “müdafiə naziri”, “Ermənistan” blokunun fraksiyasının rəhbəri Seyran Ohanyanın da istintaqa cəlb olunacağı istisna edilmir. Arzumanyan köhnə silahdaşlarından heç birinə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyana aman verməmək qərarına gəlinib.
Xatırladaq ki, “Qarabağ Müdafiə Ordusu”nun komandanı olmuş Mikayel Arzumanyan İrəvana gedərkən həbs olunub.
Telegram kanalımız