Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırıldı

Hadisə

17 Avqust 2024 20:19 939


Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb. pizza

Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.

“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - Xidmət vətəndaşlara müraciətində bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!