Şuşa müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Şuşa müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq

Maraqlı

25 Fevral 2022 22:23 510


Şuşa şəhəri müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında Xarici İşlər Nazirliyinə 2022-ci ildə Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi tapşırılıb. pizza sifarişi

Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi isə 2022-ci il ərzində UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsini təmin etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!