Şuşa-Xankəndi yolunda yenidən tonqallar qalandı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şuşa-Xankəndi yolunda yenidən tonqallar qalandı - Video

Rəsmi

13 Dekabr 2022 17:26 1171


Azərbaycanlı QHT rəhbərlərinin, jurnalistlərin, blogerlərin və ictimai fəalların Şuşa-Xankəndi yolunda dünən səhər saatlarından etibarən başlatdıqları etiraz aksiyası səngimək bilmir. Havanın soyuq olmasına rəğmən, yüzlərlə aksiya iştirakçısı ərazidə Azərbaycan dövlətinin marağına uyğun şüarlar səsləndirir, etirazlarını dinc və mədəni formada sülhməramlı kontingentin diqqətinə çatdırırlar. 

Yenisabah.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, askiya iştirakçılarının əhval-ruhiyyəsi çox yüksəkdir və onlar tələbləri yerinə yetirilməyənə qədər geri çəkilmək niyyətində deyil.

Əməkdaşımız hazırkı durumu əks etdirən video çəkib: Pepperoni pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!