Şuşada dəhşətli hadisə:   5 nəfər yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Şuşada dəhşətli hadisə: 5 nəfər yanaraq öldü

Hadisə

06 Noyabr 2023 10:42 10515


Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.

Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Toyuqlu pizza

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. O bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!