Şuşada DOST mərkəzi açılacaq -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Şuşada DOST mərkəzi açılacaq - RƏSMİ

İqtisadiyyat

22 Yanvar 2021 13:41 872


2021-ci ildə DOST Agentliyinin qarşısında duran məqsədlər yeni mərkəzlərin açılışıdır.

Yenisabah.az-ın məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Əliyev deyib. Onun sözlərinə görə, bu il Bakıda və Abşeronda DOST mərkəzlərinin açılışı nəzərdə tutulub:

“Bakı şəhərində 4 saylı dost mərkəzinin, eyni zamanda Xırdalan şəhərinin ərazisində Abşeron Dost mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən cari ildə xidmətlərin proaktiv edilməsi də nəzərdə tutulur. Artıq bir neçə xidmət proaktiv edilib və bu barədə ictimaiyyətə məlumat verilib”. Toyuqlu pizza

S.Əliyev əlavə edib ki, növbəti illərdə şəbəkənin ölkə ərazisində genişləndirilməsi də davam edəcək. Həmçinin agentliyin Şuşa şəhərində DOST mərkəzinin açılışı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!