Şuşada qurbanlar kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Şuşada qurbanlar kəsildi

Rəsmi

20 İyul 2021 17:43 940


Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və müdafiə nazirinin təbriklərini çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar. pizza hut

Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!