Şuşada Rəsulzadə küçəsinin adı dəyişdirilib?

saytların hazırlanması

Evə çatdırılma

Şuşada Rəsulzadə küçəsinin adı dəyişdirilib?

Rəsmi

22 Mart 2022 16:33 748


Bu gün sosial mediada Şuşanın mərkəzi küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatlarda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə adına küçənin adı dəyişdirilib və oraya Mustafa Kamal Atatürkün adı verilib.

Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov Musavat.com-a bildirdi ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Şuşada hər iki şəxsin adına küçə var. Heç bir dəyişiklik yoxdur". Sezar pizza

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə küçəsi Bazarbaşı meydanından başlayır və Yuxarı Gövhər Ağa məscidinin qarşısındakı Meydana qədər uzanır. Həm qədim, həm də müasir Şuşanın mərkəzi küçəsi hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!