Şuşada yaşayış binalarının tikintisi başlayır: 8 ədəd...

saytların hazırlanması

Evə çatdırılma

Şuşada yaşayış binalarının tikintisi başlayır: 8 ədəd...

Rəsmi

05 Aprel 2022 10:48 2218


“Şuşa şəhəri dövlət qoruğu idarəsi” publik hüquqi şəxs Şuşa şəhərində bina tikintisi ilə bağlı iki tender elan edib.

“Yeni Sabah” xəbər verir ki, birinci tender şəhərin Cənub yaşayış zonası blok-1, 4 ədəd yaşayış binasının tikintisi ilə əlaqədardır.

Açıq tenderin predmetinə görə, Şuşa şəhərində Cənub yaşayış zonası-11 Blok-01/Yaşayış evi-1/Blok-A (Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisi nəzərdə tutulur.  Sezar pizza

Digər tenderlə Şuşa şəhərində Cənub yaşayış zonası blok-2, 4 ədəd yaşayış binasının tikintisi nəzərdə tutulur.

“Şuşa şəhərində Cənub yaşayış zonası-11 Blok-02/Yaşayış evi-5/Blok-E (Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayışevi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H (Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ 3-5 mərtəbəli yaşayış binalarının tikintisi”.

İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 26 aprel  2022-ci il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!