Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verilib

saytların hazırlanması

Evə çatdırılma

Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verilib

Maraqlı

04 Mart 2022 11:00 1766


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib. 

"Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. pizza

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!