Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlandı

İdman

02 İyun 2023 23:15 846


Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın “G FLOU” klubu və “Neftçi” komandası olacaq. pizza

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı “Tut Bağında” keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!