Şuşadakı Cavanşir Xan Sarayının hazırki vəziyyəti Reza Deqatini dəhşətə saldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şuşadakı Cavanşir Xan Sarayının hazırki vəziyyəti Reza Deqatini dəhşətə saldı - Fotolar

Hadisə

31 Yanvar 2021 15:56 1106


Tanınmış fotoqraf Reza Deqati Şuşadakı Xurşidbanu Natəvanın yaşadığı Cavanşir Xan Sarayının yeni görüntülərini paylaşıb.

Yenisabah.az xəbər verir ki, “Facebook”dakı paylaşımında məşhur fotoqraf ürək yanğısını belə ifadə edib:  

“1992-ci ildə Xurşidbanu Natəvanın yaşadığı evdə və sarayda oldum. O, məhz burada şeirlərinin bir qismini yazıb və Şuşanı su ilə təmin etmək üçün su kəməri tikməyi planlaşdırıb. Otağının pəncərəsinin qarşısında dayanarkən, onun şeirləri üçün haradan ilham aldığını anladım. Dominos pizza

Cavanşir Xan Sarayı erməni qüvvələri şəhəri işğal edənədək, yəni 1992-ci ilin mayına qədər bir ev muzeyi kimi fəaliyyət göstərib. 2020-ci ilin dekabrında Şuşaya qayıdarkən mən az qala şoka düşdüm. Muzeyin içindəki hər şey talan edilmişdi və evin özü də qismən dağıdılmışdı. Evin həyəti isə donuz saxlama yerinə çevrilmişdi. Niyə?”

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!