Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək

İqtisadiyyat

04 Fevral 2021 15:47 713


İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli - Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək: Marqarita pizza

"Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!