“Söhbət şəhid Milli Qəhrəmanımız Albert Aqarunovun 1992-ci il mayın 8-dəki Şuşa döyüşlərində vurduğu “məşhur” erməni tankından gedir..."
Düşmən əsgərlərinin Şuşa-Stepanakert magistral yoluna çıxması liderlərin 9 noyabr tarixli birgə bəyanatının pozulmasıdır”.
Yenisabah.az xəbər verir ki, bu cümləni Azərbaycan hərbçilərinin növbəti “təxribatı” haqda hay-küy qaldıran erməni nəşrləri tirajlayıb. Pepperoni pizza

“Azərbaycan hərbçiləri Şuşa yaxınlığında - Stepanakertə gedən magistral yolda yerləşən tankın üzərinə çıxıblar”.
Rusiyadakı erməni milyonçuya məxsus adını çəkmək istəmədiyimiz təxribatçı internet layihəsinin telegram-kanalının verdiyi məlumata görə, 4 azərbaycanlı əsgər magistral yolun tankın yerləşdiyi hissəsinə gedərək lövhələrə yazı yazıb və uzaqlaşıblar.
“Üç ölkənin liderlərinin 9 noyabr tarixli ortaq razılaşmasına görə - Laçın dəhlizindən keçən magistral yoldan 2,5 km məsafədə - Rusiya sülhməramlıları xaricində hərbçi olmamalıdır”. Bunu da Rusiyanın teleqram-kanalı yazır.
Xatırladaq ki, söhbət şəhid Milli Qəhrəmanımız Albert Aqarunovun 1992-ci il mayın 8-dəki Şuşa döyüşlərində vurduğu “məşhur” erməni tankından gedir. Şuşanın işğalından az sonra düşmənlər həmin tankı elə vurulduğu yerdə - şəhərin Xankəndi istiqamətindəki girişinə yaxın təpədə Şuşanın “azadlığı”nın, yəni işğalının rəmzi olaraq abidə kimi yerləşdiriblər. Hər il mayın 9-da Şuşanın işğalının ildönümündə ermənilər, eləcə də Ermənistanın və Xankəndindəki separatçı-terrorçu rejimin rəhbərləri də həmin tankın önünə gül qoyublar.
Moderator.az həmin tankın Rusiya hərbçilərinin nəzarətində olan ərazidə qalması və hərbçilərin oraya getməsinə icazə verilməməsi haqda dəfələrlə yazıb. Erməni dığaları, o cümlədən erməni bloger Arutyun Akopyan tankın üzərində fotolarını çəkərək paylaşıblar. Həmin tankın üzərinə Ermənistanın və separatçı xuntanın əski parçalarını taxıblar. Ancaq bu gün Azərbaycan əsgərinin Şuşanın işğalının rəmzi olan tanka yaxınlaşması təxribat sayılır... Əvəzində Livandan gəlmiş erməni Andranik Laçının Zabux kəndində silahlı gəzərək Azərbaycana qarşı hədə dolu çıxışlar edə bilər. Rusiya hərbçiləri guya onu tərksilah edə bilməyərək nazıyla oynayar.. Həmin kənddə terrorçu Qaregin Njde adına məktəb fəaliyyət göstərər... Şuşanın Turşsu kəndində - məhz neytral dəhlizin daxilində ermənilər Rusiya FHN əməkdaşlarıyla birgə növbətçilik edə bilərlər... Fəqət, bunların heç biri 10 Noyabr razılaşmasını pozan təxribat sayılmaz.../Moderator.az
Telegram kanalımız