Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdı

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın azad olunması xəbərini eşidən Fəxrəddin Abbaszadə özünü asdı

Hadisə

13 Noyabr 2020 16:19 1759


Şuşa şəhərinin işğaldan azad olunmasından dərin psixoloji sarsıntı keçirən Fəxrəddin Abbasov özünü asıb.

Yenisabah.az Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, 9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib.

Məlumata görə, ilkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Marqarita pizza

Araşdırma zamanı müəyyən edilib ki, o, Həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

Qeyd edək ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilmişdi.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!