Şuşanın azadlığından 1 gün sonra nə baş verib? - Simonyan elə sirri açdı ki...

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın azadlığından 1 gün sonra nə baş verib? - Simonyan elə sirri açdı ki...

Siyasət

09 May 2025 23:11 15992


“Cəhənnəmdə idim, ölkəni itirə bilərdik”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan 2020-ci il noyabrın 9-da yaşadıqlarını “Deep TALKS” proqramında xatırlayıb. O, həmin günləri “cəhənnəm” adlandırıb və müharibənin dayandırılması üçün hətta kiminsə ayağına düşməyə belə hazır olduğunu deyib.

“8 noyabrda hoteldə idim və bildim ki, sənəd artıq müzakirə olunur. Sonra o gecə telefonu açdım və xəbərləri izləməyə başladım. Daha sonra mənə Araratın (həmin dövrdə parlamentin spikeri, hazırda Ermənistanın xarici işlər naziri – red.) öldüyü ilə bağlı söz-söhbət çatdı. Bir dostum zəng vurdu və dedi: “Hoteldən çıx, burada qalmaq təhlükəlidir, sənə maşın göndərəcəyəm”, – deyə Simonyan bildirib. Marqarita pizza

Lakin o, bu təklifi rədd etdiyini qeyd edib. Onun sözlərinə görə, həmin günlərdə Moskvada olan dostları təhlükə ehtimalına qarşı ona silah veriblər.

Simonyan noyabrın 12-də Ermənistana qayıtdığını və həmin günlərin ölkə üçün ən ağır dövr olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!