Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var 

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var 

Maraqlı

08 May 2023 15:45 570


3 May ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Konfrans  Azərbaycan Prezidenti İlham Əliyev açaraq demişdir.

Müstəqil  Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Mən bu konfransa dəvət etdilər və mən burada- Qarabağda görrüşməyə qərar verdim. Dominos pizza

İlham Əliyev ADA Universitetinin bir çox tədbirlərdə iştirak etdiyini bildirdi. Lakin burada belə bir görüş ilk dəfədir ki, keçirildi.

Bu il Ulu Öndərimizin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev ili” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı konfrasnlar təşkil edilmişdir.

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur. Ulu öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməliyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70-ci və 80-ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki,  bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla, praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən hadisələrə göz yuma bilmərik. Görüşün Şuşada keçirilməsinin hamımız üçün xüsusi mənası var. 

Biz bilirik ki, İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etmişdir. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə 28 ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: Mən bilirəm, Siz bizim görüşdən sonra şəhər ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Əgər bu belə olsaydı onlar onu saxlayardılar, şəhəri dağıtmazdılar, onu inkişaf etdirərdilər.

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gərçəkləşdirdik.

Bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi.

Mahirə Nahayeva,

Tarix müəllimi 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!