Şuşanın girişinə qoyulan tank götürüldü -FOTO

Şuşanın girişinə qoyulan tank götürüldü -FOTO

Hadisə Veb saytların hazırlanması

22 Sentyabr 2023 09:16 564


1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi  qoyulan tank abidəsi götürülub.

Bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!