Şuşanın işğalına rəhbərlik etmiş “Meşə tülküsü” ölüm ayağında

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın işğalına rəhbərlik etmiş “Meşə tülküsü” ölüm ayağında

Hadisə

30 Mart 2021 06:53 979


90-cı illərdə Qarabağda çoxsaylı cinayətlər törətmiş general-mayor Arkadiy Ter-Tadevosyandan (Komandos) xəbər var. Musavat.com erməni mediasına istinadən bildirir ki, “Erebuni” tibb mərkəzinə çatdırılan Ter-Tadevosyanın səhhətində ciddi problemlər var.

Xatırladaq ki, general-mayor 1992-ci ilin mayında Şuşanın işğal alınması zamanı həyata keçirilən “Dağlarda toy” əməliyyatına rəhbərlik edib və “Meşə tülküsü” adı ilə tanınıb.

Bir neçə il əvvəl həmin bu “Meşə tülküsü” Azərbaycanın Ermənistana sarsıdıcı zərbə vura biləcəyini qəti şəkildə istisna etmişdi. Sezar pizza

“Rusiya və Türkiyə biri-birilə yaxınlaşdığı üçün Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə də narahat olmaq lazım deyil”- deyə, o, öz-özünə təskinlik verməyə çalışmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!