Şuşanın su təchizatı ilə bağlı asılılığı aradan qaldırılıb

saytların hazırlanması

Evə çatdırılma

Şuşanın su təchizatı ilə bağlı asılılığı aradan qaldırılıb

Hadisə

09 Mart 2021 17:47 930


Cəbrayıl rayonu ərazisində İran İslam Respublikası ilə həmsərhəd Araz çayı üzərində tikilmiş ümumi sututumu 1.6 mlrd kubmetr olan Xudafərin su anbarının idarə olunmasında Azərbaycanın iştirakı təmin olunub. Nəticədə təxminən 250 min hektar torpaq sahəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və elektrik enerjisi istehsalına şərait yaranacaq.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, Daşaltı kəndinin içməli su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb, təmir-bərpa işlərindən sonra Şuşa şəhərinə içməli suyun verilişi təmin olunub, dayanıqlı su təchizatının təşkili və Kiçik Kirs mənbəyindən asılılığın aradan qaldırılması üçün zəruri tədbirlər görülərək şəhərin içməli su təminatını həyata keçirən Zarıslı mənbəyinin məhsuldarlığı artırılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!