Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb - FOTO

Dünya

10 Yanvar 2021 10:12 1808


44 günlük müharibə dövründə Ermənistan tərəfindən Qarabağa xeyli sayda muzdlu döyüşçünün gətirilməsi barədə kifayət qədər sübutlar var. Lakin ermənilər real faktları inkar edərək, hər vəchlə bu xəbərləri danırlar.

Artıq müharibə bitib və xaricdə yaşayan ermənilər indi qapı-qapı gəzərək öz itkinlərini axtarırlar.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib. pizza mizza

Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.

"Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral "vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - deyə Armin Danielyan adlı erməni bildirib. /Azvision.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!