Şuşaya gedə bilməyən Əməkdar artist təşkilatçılardan gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

Şuşaya gedə bilməyən Əməkdar artist təşkilatçılardan gileyləndi

Şou

30 Dekabr 2020 15:45 957


Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu addım əslən Şuşadan olan Əməkdar artist Zöhrə Abdullayevanı məyus edib. Belə ki, bu barədə sosial şəbəkə hesabında yazan müğənni həmin konsertə dəvət olunmamasından gileylənib:

"Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yoxdur. 28 il Şuşa həsrəti ilə yaşayan şuşalı müğənnilər dəvət edilmədi. Siyahını görəsən kimlər yazır? Bir-iki müğənninin də ağbirçəklik etdiyini gördük". pizza sifarişi

Qeyd edək ki, Şuşaya yollanan məşhurlar arasında  Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sevda Ələkbərzadə, müğənni-bəstəkar Murad Arif və başqaları olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!