“Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - Qarabağ qazisi   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - Qarabağ qazisi + Video

Maraqlı

21 Yanvar 2021 15:05 902


“Xocalı Soyqırımı ilə bağlı görüntülərə baxanda pis olurdum, artıq intiqamımı aldım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında 44 günlük Vətən Müharibəsində öz igidliyi ilə seçilən qazi Ruslan Əliyev deyib.

2016-cı il Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan qazi Ruslan Əliyevin uğrunda vuruşduğu bölgələrimizə əvvəllər yolu düşməsə də, ən böyük arzusu məhz işğalda olan torpaqlarımızın düşməndən azad edilməsində iştirak etmək olub. Marqarita pizza

Uğurlu Daşaltı əməliyyatında iştirak edən Ruslan Əliyev döyüşlər zamanı ikinci dəfə daha ağır yaralandığına görə məcburi təxliyə olunub.

Ağcabədi xəstəxanasında 3 dəfə əməliyyat olunan Ruslanın vəziyyəti artıq yaxşılaşsa da, iki ay sonra yenidən əməliyyat olunmalıdır.

İkinci Qarabağ Müharibəsinin qazisi Ruslan Əliyevin döyüş xatirələrindən bəhs edən videoreportajı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!