Rusiyada qismən səfərbərlik elan olunandan sonra bu ölkənin vətəndaşları kütləvi şəkildə xaricə axın etməyə başlayıb. Ruslar keçmiş MDB ölkəri ilə yanaşı, Avropa dövlətlərinə də üz tuturlar. Son günlərdə 100 minlərlə Rusiya vətəndaşı ölkəni tərk edib. Onlar Ukraynada keçirilən “xüsusi hərbi əməliyyatlar”a qatılmamaq üçün ölkədən kütləvi şəkildə çıxırlar.
Bunu anlaşılmazlıqla qarşılayanlar da az deyil. Dünya xalqaları arasında hərb sənətinə meylliyi ilə tanınan, bir əsrdə 2 dünya müharibəsində iştirak edən rusların birdən-birə silahdan imtina etməsinə səbəb nədir? Suvorovu, Kutuzovu olan ruslar niyə döyüşmək istəmir?
Mövzu ilə bağlı danışan BDU-nun professoru, tarixçi-alim Boran Əziz Yenisabah.az-a bildirib ki, hər bir millətin qürurlu və məğrur yaşaması bilavasitə ordudan asılıdır: pizza
“Çünki ordu və əsgər sərhədləri qorumaqla millətin namusunu, dinini və irsini qorumuş olur. Ona görə də millətlərin orduya çox böyük rəğbət bəsləməsi təsadüfi deyil.
Yeri gəlmişkən, orta əsrlərdə, xüsusən Səfəvilər dönəmində süfrə duasında belə əsgərlərin adları yad edilib. Adətən, ordular, xüsusilə öz torpaqlarını müdafiə edərkən daha cəsarətlə vuruşur. Çünki onun geri addım atmağa yeri qalmır.
Məsələn, 44 günlük müharibədə Azərbaycanda demək olar ki, bir nəfər belə olsun fərariyə rast gəlinmədi. Bu baxımdan, Azərbaycan xalqının təcrübəsi və son illərdə orduya, eləcə də döyüşə olan münasibəti kökündən dəyişib.
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiya vətəndaşlarının kütləvi surətdə qaçmağa başlaması da başadüşülən bir haldır. Çünki bu, özgə torpaqlarını işğal etməyə yönəlmiş bir siyasətdir. Digər tərəfdən, burada yaşayan xalqlar da kiminsə naminə ucuz ölümə getmək istəmirlər”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız