“Bu gün Suxuminin süqutundan 28 il ötür. Gürcüstan hökuməti və parlamentinin üzvləri, eləcə də müxtəlif siyasi partiyaların liderləri Suxuminin süqutunun 28-ci ildönümü münasibətilə qəhrəmanların abidəsinə əklillər qoyacaqlar və Abxaziya müharibəsində həlak olanların xatirəsini yad edəcəklər”.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanalı"nın saytı yazıb.
Yazıda qeyd olunur ki, Abxaziyadakı hərbi qarşıdurma 1992-ci il avqustun 14-də başlayıb. Dördpendirli pizza
Gürcüstan hökumətinə bağlı olan qoşunlar ilə abxaz separatçıları arasındakı qarşıdurma 13 ay 13 gün davam edib.
Atəşkəs müqaviləsini pozaraq separatçılar Suxumini ələ keçirə bilib.
Məqalədə, həmçinin vurğulanır ki, bu vaxtadək təsdiqlənməmiş məlumatlarına görə, 10 mindən çox gürcü əsgəri və dinc sakin Abxaziya müharibəsində həlak olub. Abxaziyadan olan 300 min məcburi köçkün evsiz qalıb.
Telegram kanalımız