“Suyun, işığın qiyməti qalxıb, qazın qiyməti də qalxacaq“ - Nairi Sarkisyan

saytların hazırlanması

Evə çatdırılma

“Suyun, işığın qiyməti qalxıb, qazın qiyməti də qalxacaq“ - Nairi Sarkisyan

Rəsmi

06 Fevral 2022 11:47 857


Ermənistanda zəruri tələbat malları və xidmət tarifləri getdikcə bahalaşır. İnsanların gəlirləri artmır, xərcləri isə böyük sıçrayışla yüksəlir.

Yenisabah.az xəbər verir ki, bunu “pastinfo.am”a açıqlamasında ölkədə yaranan acınacaqlı vəziyyətdən danışan Auditorlar Palatasının sədri Nairi Sarkisyan bildirib.

O, inflyasiyanın icra hakimiyyətinə sərfəli ola biləcəyini istisna etmir. Dördpendirli pizza

“Problem vergilərin yığılması sahəsindədir. İnvestisiyalarımız, yeni filiallarımız, sənayemiz yoxdur, ona görə də vergi yığmırıq. İqtisadiyyatın inkişaf etmədiyi, investisiyaların olmadığı, həcmə görə vergi yaratmaq mümkün olmadığı halda nə etməliyik?”, - deyə Sarkisyan bildirib.

Palata sədri vurğulayıb ki, suyun, işığın qiyməti qalxıb, qazın qiyməti də tezliklə qalxacaq. İqtisadçının fikrincə, bütün bunların nəticəsi yoxsulluğun dərinləşməsi olacaq.

Onun sözlərinə görə, tariflərin artırılmasında maraqlı yeganə hökumətdir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!