Suyun qiyməti artacaq? – ”3 manat olması ağır maliyyə yüküdür”

saytların hazırlanması

Evə çatdırılma

Suyun qiyməti artacaq? – ”3 manat olması ağır maliyyə yüküdür”

Sosial

12 İyun 2025 11:43 17337


“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA - keçmiş "Azərsu") dövlət qurumu olduğu üçün vətəndaşların sosial-maddi vəziyyəti nəzərə alıb yekun qərar verilə bilər. Amma ADSEA dəfələrlə rəsmi açıqlamalarında və açıladığı statistikada göstərir ki, hazırda su maya dəyərindən 3 dəfə aşağı qiymətə satılır. Faktiki olaraq, bu qurum zərərlə işləyir”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Allahverdi Aydın deyib.

O bildirib ki, zərəri aradan qaldırmaq üçün suyun maya dəyərini aşağı salmaq lazımdır: pizza

“Zərərdən çıxmaq üçün alternativ olaraq qiymətlərin artırılması üzərində düşünülür. Amma hesab edirəm ki, bu alternativ deyil. Zərəri aradan qaldırmaq üçün suyun maya dəyəri aşağı salınmalıdır. Maya dəyərinin aşağı salınması üçün dövlət bu sahəyə əlavə investisiya yatırmalıdır. Ya da özəl qurumları bu sahəyə cəlb etməlidir. Yəni özəl sektor bu sahəyə sərmaye qoymalıdır.

İstehsal olunan suyun təxminən 40 faizi itkiyə və başqa məqsədlərə gedir. Bu itkinin qarşısı alınmalıdır. Məsələn, borular yenilənməlidir.

Bir sözlə, bu sahəyə ciddi həcmdə sərmaye yatırılmalıdır”. 

Ekspert vurğulayıb ki, suyun qiymətini artırmaq hesabına maya dəyərini azaltmaq düzgün variant deyil:

“Bu sahəyə investisiya qoymaq üçün dövlətin yetərincə imkanı var. Suyun 40 faizinin itkiyə getməsi milyonlarla manatın itirilməsi deməkdir. Vaxtilə təbii qaz sektorunda da bu cür itkilər olurdu. Dövlət Neft Şirkəti (SOCAR) müəyyən investisiyalarla həmin ziyanın həcmini xeyli azaltdı.

Eyni təcrübəni su sahəsində də etmək olar. Dövlət qurumları bunun üzərində işləməlidir. Onsuz da maya dəyərinin qarşılanması üçün suyun tarif qiyməti 3 dəfəyədək artırılmalıdır. Yəni 1 kubmetr suyun qiyməti hazırda 1 manatdırsa, bunu 3 manatadək artırmaq lazımdır ki, qurum zərərlə işləməsin. 1 kubmetr suyun 3 manat olması isə əhalisi üçün kifayət qədər ağır maliyyə yükünə çevriləcək.

Fikrimcə, birdən-birə belə radikal qiymət artımı olmayacaq. Amma tariflərdə müəyyən artımlar ola bilər. 3 manata başa gələn su 1 manata satılırsa, ADSEA hər kubda 2 manat ziyana gedir. Bunu bir şəkildə kompensasiya etməyi düşünürlər. Bu baxımdan, bu il 20-30 faizlik qiymət artımına gedə bilərlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Camahatı az bezdirin yigmayin bogaza
    11 months ago
  • Haller
    ...istehsalat olmayanda, her sey idxal edildikde, yalniz neftden asili olduqda ve bu pullar da talan edildikde...gelecek de bele olur...gunahkar kimdir?!...
    11 months ago
  • ilham
    Bu...Su...Yerden Cixirda ...Buna BIRCE DEFE XERC CEKIRSEN TURBA CEKIRSEN Fisyoo Getdi ...Su Gelmeye Basdadig dan Sonra ..Qazanc Da Gelmeye Basdiyir ..TURBA Beyem Bir il Den Bir Desilir ? Partiyir ? Gic Yigini Gic ] Birdefe Xerc Cekirsiz. 30 - il 50 il Su Axir Qazanc Gelir
    11 months ago