“Azərsu” rentabelli işləməli və işin xidməti yüksəlməlidir. Bir müəssisənin büdcəsində kəsirlər olursa, bu, onun xidmətinə sözsüz ki, mənfi təsir göstərəcək”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, qiymətlərin bahalaşması əhalinin büdcəsinə ciddi təsir göstərəcək: Pepperoni pizza
“Burada nəinki aztəminatlı ailələr, hər kəs üçün problemlər meydana gələcək. Bu gün varlının da, kasıbın da, elə rəsmi şəxslərin də evində sayğac var. Hər kəs birmənalı olaraq kommunal ödənişlər edir. Lakin düşünürəm ki, bu problemin həlli təkcə tariflərin artırılması olmamalıdır.
Dövlət müvafiq ehtiyatları hesabına dotasiya ilə “Azərsu” ASC-nin büdcəsində olan kəsirləri və rentabellilik üçün lazım olan dəstəyi göstərməlidir. Bu zaman həm əhali ciddi problemlə üzləşməz, həm də qurumun fəaliyyətindəki rentabellik bərpa olunmuş olar.
Maliyyə problemlərinin həlli xidmətin yüksəlməsi, yığımın normallaşmasına, o cümlədən fəaliyyətin sistemləşməsinə gətirib çıxaran əsas amildir. Məhz buna görə quruma dövlət ciddi dəstək göstərməlidir. Problemi təkcə əhalinin hesabına yox, dövlət dotasiyası ilə də həll etmək mümkündür”.
Xatırladaq, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov deyib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir.
Telegram kanalımız