SWIFT Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

SWIFT Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməyə hazırlaşır

İqtisadiyyat

27 Fevral 2022 23:52 497


Qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT Rusiya banklarına qoyulan məhdudiyyətlər haqqında ətraflı öyrənmək üçün Avropa İttifaqı (Aİ) səlahiyyətliləri ilə işləyir və sərəncama uyğun hərəkət etməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belçikada yerləşən qlobal maliyyə təşkilatları kooperativi özünün neytral olduğunu və ayrı-ayrı qurumlardan alınan, yalnız səlahiyyətli dövlət orqanları və müvafiq qanunverici orqanlar tərəfindən verilən sifarişlər əsasında fəaliyyət göstərdiyini bildirib. pizza sifarişi

"Biz yeni tədbirlərə məruz qalacaq qurumlar haqqında təfərrüatları öyrənmək üçün Avropa səlahiyyətliləri ilə əlaqə saxlayırıq və qanunvericilik sərəncamlarına uyğun olaraq onları həyata keçirməyə hazırlaşırıq", - təşkilat bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!