Tacikistan Prezidenti İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan Prezidenti İlham Əliyevə zəng etdi

Siyasət

07 May 2020 15:48 971


Mayın 7-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenisabah.az xəbər verir ki, Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı dost və qardaş xalqların hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğulayıb və bunu dostluq münasibətlərinin təbii göstəricisi kimi qiymətləndirib. pizza hut

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi aparıblar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!