Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik etdi

Siyasət

24 May 2020 15:34 904


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Respublika Gününün ildönümü münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, Tacikistan Prezidenti bildirib ki, Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.

Emoməli Rəhmon təbrik məktubunda Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib: “Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır. Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik. Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!