Tacikistan və Qırğızıstan prezidentləri danışıqlara başladı

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan və Qırğızıstan prezidentləri danışıqlara başladı

Dünya

01 May 2021 12:58 861


Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı baş tutub.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, liderlər iki ölkə arasındakı sərhəddə atəşin tam dayandırılmasını və hərbi birləşmələrin geri çəkilməsini müzakirə edib. Toyuqlu pizza

Bundan başqa, Qırğızıstan və Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hökumətlərarası komissiyanın işə başlaması müzakirə olunub. Bu çərçivədə ilk görüşün mayın 1-də keçirilməsi nəzərdə tutulub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!