Tacikistanda hər ailə 2 cild pulsuz “Şahnamə” alacaq

saytların hazırlanması

Evə çatdırılma

Tacikistanda hər ailə 2 cild pulsuz “Şahnamə” alacaq

Dünya

21 Avqust 2025 10:57 246


Tacikistanda Əbülqasim Firdovsinin “Şahnamə”sinin pulsuz yayılmasına başlanılıb.

Yenisabah.az BBC Farsi-yə istinadla xəbər verir ki, indiyədək kirilı qrafikalı kitabın 2 cildi əksər bölgədə hər bir ailəyə paylanıb.

Tacikistanda 1 milyon 700 min ailə "Şahnamə" ilə təmin edilib. Kitab Tacikistan prezidentinin aparatına tabe olan “Şərq Azad” nəşriyyatında ümumən 3 milyon 400 min tirajla çap olunub. Dominos pizza

2023-cü ilin dekabrında “Şahnamə”nin nəşri və Tacikistan xalqına pulsuz bağışlanması haqqında sərəncamı prezident Emoməli Rəhmon imzalayıb.

Bu kitabın hazırlanması və nəşri üçün Tacikistan Elmlər Akademiyasında xüsusi qrup yaradılıb, onun tərkibinə Şahnamə alimləri, mətnşünaslar, filoloqlar, tacik tədqiqatçıları daxil edilib.

Tacikistan hökumətinin bildirdiyinə görə, bu tədbirin məqsədi xalqı “Şahnamə” ilə vətənpərvərlik ruhunda tərbiyə, cəsarət və şücaəti təbliğ etmək, gəncləri ölkənin sərhədlərini və vətənini qorumağa hazırlamaqdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!