Tacikistan Prezidenti Emoməli Rəhmon internetdə "like" (bəyənmə) qoymağa görə cinayət məsuliyyətini aradan qaldıran qanunu imzalayıb.
Yenisabah.az ntv-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rəhmon hələ 2024-cü ilin dekabrında parlamentə illik müraciəti zamanı bu məsələni tənqid etmiş və ölkənin Cinayət Məcəlləsində sosial şəbəkələrdə "like" qoymağa görə vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsini doğru saymadığını bildirmişdi. Marqarita pizza
Tacikistan Baş Prokurorluğunun məlumatına görə, həmin maddə üzrə indiyədək azı 500 nəfər məhkum olunub./BAKU.WS
Telegram kanalımız