“Tacir dedi ki, 18 baş ailəyə baxıram, yoxsa...” - Xəstəxanaya yerləşdirilən müğənnimiz

saytların hazırlanması

Evə çatdırılma

“Tacir dedi ki, 18 baş ailəyə baxıram, yoxsa...” - Xəstəxanaya yerləşdirilən müğənnimiz

Şou

17 Noyabr 2021 13:35 1320


Tanınmış müğənni, "Lalə" qızlar ansamblının ilk solistlərindən biri olan Elmira Əliyevanın səhhətində problemlər yaranıb.

Yenisabah.az xəbər verir ki, müğənni xəstəxanaya yerləşdirilib. Çətinliklə də olsa sənətçi səhhəti haqda Moderator.az-a məlumat verib.

"Gecə halım dəyişib, məni reanimasiyaya yerləşdiriblər. Bu gün bir az özümə gəlmişəm, çətinliklə də olsa danışıram. Ürək çatışmazlığından əziyyət çəkirəm, həm də bildiyiniz kimi xərçəng xəstəsiyəm. Əl-ayağım şişmişdi, bədənimdəki suyu çəkib çıxarırlar. Bu dəfə də ölmədim, Allah məni qorudu. Belə yaşamaqdansa ölmək daha qeyrətlidir. Heç kimdən köməklik görmürəm, artıq gözləmirəm də. Sağ olsun bir dəfə Tacir Şahmalıoğlu gəlib yaşayışımla maraqlanmışdı. Demişdi ki, 18 baş ailəyə köməklik edirəm, yoxsa sənə baxardım" deyə müğənni bildirib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!