“Tacir haqda danışmaq istəmirəm” - İlahə Fəda qəzəbləndi

saytların hazırlanması

Evə çatdırılma

“Tacir haqda danışmaq istəmirəm” - İlahə Fəda qəzəbləndi

Şou

23 Aprel 2020 16:50 1996


Müğənni İlahə Fəda ATV kanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olub. 

Yenisabah.az xəbər verir ki, aparıcı Vüsalə Əlizadənin müğənninin küsülü olduğu Tacir Şahmalıoğlu ilə bağlı sualı onu özündən çıxarıb. “Tacirlə küsülülüyü unudub, barışa bilərsiniz?” sualı ilə müraciət edilən müğənni “Bu barədə danışmaq istəmirəm”- deyərək sərt cavab verib və mahnısını ifa etmək istədiyini deyib. İlahənin sərt reaksiyası ilə üzləşən aparıcı “İlahə xanım bu məsələnin üstündən birdəfəlik xətt çəkib. Fikirlərinə hörmətlə yanaşırıq” – deyə bildirib. 

Həmin anları verilişin 51-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz: pizza sifarişi

Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal uzun zamandır davam edir. Buna səbəb İlahənin bacısı Fədayə Laçınla T.Şahmalıoğlu arasında sevgi münasibətləri olması barədə yayılan şayiələrdir. 

Xatırladaq ki, Fədayə Laçınla Tacir Şahmalıoğlu uzun müddət tərəf müqabili olublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!