Tacir oğlunun toyunu ləğv etdi: “Qız son anda...”

saytların hazırlanması

Evə çatdırılma

Tacir oğlunun toyunu ləğv etdi: “Qız son anda...”

Şou

15 Mart 2024 17:38 51025


“Ailəlikcə toya hazırlaşırdıq, amma arzumuz baş tutmadı”.

Bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu oğlunun nişanlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi oğlunun toyunu ləğv etməsindən danışıb: Marqarita pizza

“Oğluma yaxın dostumun qızını alacaqdım. Amma qız son anda razılıq vermədi, bildirdi ki, özünün istədiyi oğlan var. Nə edə bilərdik ki? Bunu bildik və toyu ləğv etdik”. 

Tacir Şahmalıoğlu bundan narahat olmadığını də vurğulayıb:

“Azərbaycan böyükdür, qızdan çox qız var. Oğlumun qisməti çatanda bizi düz ünvana aparacaq. Təki mənim oğluma tapılmayan qız olsun. Allah bütün balaları xoşbəxt eləsin, mənimkilər də onların arasında”. 

Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirəcəyini açıqlamışdı. Sənətçi oğlunu dostunun qızı ilə nişanlayacağını bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə İsgəndərova
    Hər zərər işdə biz bilmədiyimiz, lakin ALLAH'IN bildiyi bir xeyir var. Dostluğunuzu davam etdirin.
    2 years ago