Ermənistanda qiymət artımı davam edir.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, qazın bahalaşmasından sonra elektrik enerjisinin qiymətində də artım olacağı bildirilir. Bütün bunlar isə Qarabağın itirilməsilə izah edilir.
Ermənistanın əmək və sosial məsələlər nazirinin keçmiş müavini Tadevos Avetisyanın sözlərinə görə, Azərbaycanın işğaldan azad etdiyi ərazilər ciddi iqtisadi əhəmiyyətə malikdir. “Buna görə də əhəmiyyətli dərəcədə iqtisadi potensialımızı itirmişik. Məlumdur ki, Artsaxda çox sayda su elektrik stansiyası var və bu stansiyalar ən ucuz elektrik enerjisi istehsal edir. Beləliklə, hidroelektrik stansiyaların əsas hissəsini itirdik və buna müvafiq olaraq sərfəli enerji almaq üçün ehtiyatlar azaldı. "Artsax"ın imkanları təkcə öz əhalisini deyil, həm də bitişik yaşayış məntəqələrinin sakinlərini də elektrik enerjisi ilə tam təmin etməyə imkan verirdi”, - deyə keçmiş nazir müavini bildirib. Dördpendirli pizza
Avetisyana görə, indi qondarma respublika özü elektrik enerjisinə ehtiyac hiss edəcək.
İqtisadçı Hrant Mikaelyan da Qarabağın itirilməsi Ermənistanın enerji böhranı yaşaya biləcəyini deyir. Qiymət artımına gəlincə, Mikaelyan hesab edir ki, bahalaşma dramın davam edən devalvasiyası nəticəsində baş verə bilər.
Telegram kanalımız