Taekvondoçularımız Avropa Oyunlarını iki medalla başa vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Taekvondoçularımız Avropa Oyunlarını iki medalla başa vurdu 

İdman

26 İyun 2023 20:06 939


Azərbaycan taekvondoçusu Taleh Süleymanov (87 kq) Polşada keçirilən III Avropa Oyunlarını medalsız başa vurub. 

Yenisabah.az xəbər verir ki, T.Süleymanovun səkkizdəbir finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxmanın növbəti mərhələdə məğlub olması idmançımızın medalsız qalmasına səbəb olub. 

Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.  Dördpendirli pizza

Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!