İsveçin Helsinqborq şəhərində Avropa regionu üzrə keçirilən, sayca 5-ci olan "Prezident Kuboku" yarışı davam edir.
"Yeni Sabah" Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirə qatılan millimizin dörd üzvü adlarını mükafatçılar sırasına yazdırıb.
Komandamızın üzvü Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medala sahib olaraq yarışın qalibi olub. Digər taekvondoçulardan Ayxan Tağızadə (-74 kq), Radik İsayev (87 kq yuxarı) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, milli komandanın taekvondoçuları, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə fevralın 22-də keçiriləcək "Helsinqborq Open" beynəlxaq turnirində də qüvvələrini sınayacaq. Telegram kanalımız