Taekvondoçumuz qızıl medal və Avropa Oyunlarına lisenziya qazandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Taekvondoçumuz qızıl medal və Avropa Oyunlarına lisenziya qazandı - Fotolar

İdman

09 Aprel 2023 04:47 891


Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Yenisabah.az xəbər verir ki, millimizin üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də “Krakov-2023”ə lisenziyaya sahib olub.

Xanoğlan Kərimov (63 kiloqram) isə bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub. pizza

Turnirdə sabah Həmidreza Bədriəliabadi (+87 kiloqram) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi “Krakov-2023”də iştirak hüququ qazanır.

Qeyd edək ki, Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub. Ona qədər Qaşım Maqomedov (58 kiloqram), Cavad Ağayev (68 kiloqram), Eltac Qafarov (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Minayə Əkbərova (46 kiloqram), Patimat Abakarova (49 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) “Krakov-2023”də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!