“Tağı Əhmədovu bağışlamaq lazımdır” –   Ziya Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Tağı Əhmədovu bağışlamaq lazımdır” – Ziya Məmmədov

Siyasət

20 Oktyabr 2024 11:08 27694


“Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”.

Bu sözləri Globalinfo.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədov “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi T.Əhmədovla bağlı danışarkən deyib.

Ziya Məmmədov insanların fərd olaraq müxtəlif olduqlarını qeyd edib: Sezar pizza

“Tağı Əhmədovun çox gözəl qəlbi var idi. Müəyyən sözlərinə görə kobud görünə bilərdi. Amma o da bəzi gərginliklər, stresslər, işi ilə bağlı hadisələrlə əlaqədar baş verirdi. Mümkündür ki, həmin ərəfələrdə müəyyən suallar, qıcıqlandırıcı yanaşmalar adamın əsəbinə toxunurdu. O anda da məlum olduğu kimi, jurnalistlərə sərt sözlər deyirdi (gülür). Amma doğrudan da onun yumşaq ürəyi var idi”.

Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb:

“Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, xüsusilə də milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında həm həmkar, həm bir sahənin işçiləri kimi çox müsbət təəssüratlarım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.

Sabiq nazir deyib ki, Tağı Əhmədov olduqca yaxşı insan olub:

“Həyatın enişli-yoxuşlu yolları var. Ola bilsin, müəyyən anlarda nəyəsə əsəbiləşib, kobudluq edib. Hər bir insan əsəbiləşə bilir, gərginlik keçirir. Həmin an xoşməramlı suallar verilməyəndə insan istər-istəməz qıcıqlanır və kobudluq edə bilir. Allah bağışlayanı sevər. Tağı Əhmədov artıq dünyasını dəyişib. Onu da bağışlamaq lazımdır. Hesab edirəm, ondan incik olan da, onu sevən hər kəs də ona halallıq verməlidir. Mən də haqqımı halal edirəm. Bizim də münasibətlərimiz olub, bəzi hallarda gərgin münasibət yaşanıb. Amma nəticədə Tağı Əhmədovun gözəl ürəyə sahib olduğunu bilirəm. Bir daha Allahdan ona rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dogru Soz
    Ölüb gedib daliyca yaxşı adam olub daxilen veya haqqinizi halal edin deyirsiz. Niye özü demirdiki?? Niye ozunun yaxsi oldugunu hiss etdirmirdiki?
    2 years ago
  • Nigar Cəfərova
    Ziya Məmmədov özü kimdi ki camaatın balaları müharibədə qırılanda oğlu adada istirahət edirdi hansısa yevrey fikir bildirir gəlib Azərbaycanda
    2 years ago
  • Şahin
    Allah rəhmət eləsin. Gedəni söyməzlər. Vəzifədə kim yaxşı olub ki, ay millət? Hamı gələn kimi yığmağa başlayır. Millətin qanın içir.
    2 years ago
  • Haller
    Sizi nece bagislamaq lazimdir?!...amma, esas gunahkar siz deyilsiniz!!!
    2 years ago
  • Kh
    Ondan halallıq almalı da çox insanlar var.Allah rəhmət eləsin.Gözəl qəlbli insan.Onu yaxından tanıyanlar bilir ki uşaqla uşaq, böyüklə böyük idi. Ruhun şad olsun,böyük ,əzmkar, mərhəmətli insan
    2 years ago
  • Seid
    Belə vaxtı hamının yadına düşür ki, insalara, xalqına , millətinə qarşı ədalətli rəhimli olmalısan.Görək Ziya Məmmədov üçün bu sözləri kim deyəcək.
    2 years ago
  • Əli
    Əşşi ölüb ölübdə.Tağı kimdiki?Onu belə qaldirmısız dağın başına .Mətbuat bütün gün ondan yazır.Dünya şöhrətli yazıçıdır?Aktyordur?Musiqiçidir?Nobel mükafatçısıdir nədir?Ən azından nazirdir nədir?Adi bir insan olubda.Metropoliten rəisi nə böyük vəzifə imiş?Ziya Tağıdan yazır.O nəqliyyat naziri olub bida metro.Pul tırıg kimi olub bir yerdə yeyib içiblər, daha nələr ,nələr ediblər.Keyf məclisləri zad 100 faiz olubda.İndi tərifləyə tərifləyə deyir yaxşi adam idi.İşini görüb maaşıni alıbda.
    2 years ago