Tağı Əhmədovun ayaqları tutuldu - “Möcüzə olmalıdır“

Tağı Əhmədovun ayaqları tutuldu - “Möcüzə olmalıdır“

Digər Veb saytların hazırlanması

07 İyun 2023 12:32 6029


"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Yenisabah.az Manset-ə istinadla xəbər verir ki, ömürlük əlil arabasına məhkum olmaqla yanaşı, onun ürəyində də ciddi problem yaranıb.

Hazırda T. Əhmədov Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Xanımı Salatın Əhmədova faktı təsdiqləyib: "Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də üzə çıxdı. Onun ürəyində də problem var. İndi müalicə edəcəklər. Yəqin, ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Yeriməyi artıq mümkün deyil. Bunun üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir sabah başına nə iş gələcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!