Tağıyevin İstanbuldakı villası 17 milyona satılır

saytların hazırlanması

Evə çatdırılma

Tağıyevin İstanbuldakı villası 17 milyona satılır

Sosial

05 Dekabr 2019 11:47 1094


Azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

“Yeni Sabah”ın “Takvim” qəzetinə istinadən verdiyi xəbərə görə, 300 illik tarixə sahib malikanə 17 milyon lirəyə (5 milyon 23 min 500 AZN) satılır.

Məlumata görə, birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə onu azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev alıb. Pepperoni pizza

Villanı hazırda ilin müəyyən aylarında messenatın nəticələri istifadə edir. 2 min  400 kvadratmetr ərazisi olan malikanə  5 otaq və 2 salondan ibarətdir. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!