Tağıyevin oğlunun müəmmalı ölümü -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Tağıyevin oğlunun müəmmalı ölümü - FOTOLAR

Mədəniyyət

02 Aprel 2021 15:23 1563


Azərbaycan Televiziyasının “Qətl planı” layihəsi çərçivəsində məşhur milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlu gənc Məhəmməd Tağının Lənkaranda müəmmalı şəkildə həlak olmasına həsr olunan sənədli  film çəkilib.

Yenisabah.az-ın məlumatına görə, 1918-ci ilin mart ayında, Novruz bayramından sonra baş verən bu faciə birbaşa mart soyqırımının başlamasına qığılcım verib. Məhəmməd Tağının nəşini gətirən və dəfn mərasiminə qatılan milli hərbçilərimizin Bakı kommunası tərəfindən tərksilah edilməsi ilə qanlı olaylar başlanılıb.

Filmdə Məhəmməd Tağının qətlinin müxtəlif tarixi versiyaları araşdırılır, bu işdə maraqlı olan gizli siyasi qüvvələr üzə çıxarılır, hadisənin mümkün səbəbkarları haqqında ehtimallar irəli sürülür. Marqarita pizza

Qeyd edək ki, sənədli filmin  quruluşçu rejissoru Ramil Ağasıyev, ssenari müəllifi İlqar Fəhmidir. Rolları Ərtoğrul Kamalov, Xudu Mürsəlov, Ramil Əliyev, Zaur İskəndərov, Beyrək Rüstəmzadə, Aytən Süleymansoy, Camal Əliyev, Zeynalov Elgün, Anar,  Aslan Bayramov, Nicat Əhmədli ifa edir. Filmin quruluşçu operatorları Tariel Hacızadə və Fahir Səmədoğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!