Tağıyevin təsbehini Tağızadə sındırıb   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tağıyevin təsbehini Tağızadə sındırıb - Foto

Kriminal

19 Yanvar 2022 11:50 1292


Xəbər verildiyi kimi, dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb. 

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.  pizza sifarişi

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    Bunların ikisinidə 1000 manat cərimə eləmək lazımdı.
    4 years ago