Tahir Gözəl: “Cavab qarşılaşması ad günümə təsadüf edir“

saytların hazırlanması

Evə çatdırılma

Tahir Gözəl: “Cavab qarşılaşması ad günümə təsadüf edir“

İdman

10 Avqust 2022 09:15 1524


“Qarabağ”a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik”.

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda "Ferenstvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə görüşlərə köklənəcəklərini bildirib: pizza

"Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Həmin vaxt səfərdə olacağam. Məncə, bu, tarixin ən güclü "Qarabağ"ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, "Qarabağ" qarşıdakı oyunlarda da bizi sevindirəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!