Tahir İmanov borc qalmaqalından danışdı:   “Məhkəmə yolu ilə həll etmək...“

saytların hazırlanması

Evə çatdırılma

Tahir İmanov borc qalmaqalından danışdı: “Məhkəmə yolu ilə həll etmək...“

Şou

24 May 2021 17:12 2759


“Space” telekanalının “Planet Parni iz Baku”ya olan borcundan hələ də səs-soraq yoxdur”.

Bu sözləri Yenisabah.az-a “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Əməkdar artist Tahir İmanov deyib.

O, bir neçə gün öncə televiziya kanalının yeni direktoru təyin edilən Müşfiq Hətəmovun bu məsələni həll edəcəyindən ümidli olduğunu bildirib: Dördpendirli pizza

“Borcla bağlı hələ də heç bir xəbər yoxdur, köhnə hamam, köhnə tasdır. Biz “Planet Parni iz Baku” komandası olaraq məsələni məhkəmə yolu ilə həll etmək istəmirik. İnanırıq ki, bundan sonra məsələ öz müsbət həllini tapacaq”.

Sənətçi “Qoy borcun nə qədər olduğu bizimlə “Space”-in arasında qalsın”- deyərək telekanalın onlara olan borcunun məbləğini gizli saxlayıb.

Qeyd edək ki, 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullarla “Bir kəndin sevinci” serialını çəkən telekanal aktyorların pulunu bu günə kimi ödəməyib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!